Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avropa Parlamentinin “erməni sevgisi”:

Avropa Parlamentinin “erməni sevgisi”:


26-10-2024, 19:02
Avropa Parlamentinin “erməni sevgisi”:
Xəbər verdiyimiz kimi, Avropa Parlamenti (AP) “Azərbaycandakı vəziyyət, insan haqları və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” mövzusunda qətnamə qəbul edib.

Sənədin lehinə 453, əleyhinə 31 nəfər səs verib. 89 nəfər isə bitərəf qalıb. Növbəti dəfə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib, ikili standartları əsas fəaliyyəti prinsipi halına gətirərək heç bir beynəlxalq hüquqa sığmayan qətnamə qəbul edib.

Qeyd edək ki, qətnamədə Azərbaycanda həbsdə olan erməni separatçıların azad olunması, ermənilərin Qarabağa sərbəst şəkildə qaytarılmasını sürətli şəkildə təmin etmək, Azərbaycana silah və hərbi yardımların qarşısının alınması ilə bağlı çağırışlar kimi məsələlər yer alıb.

Maraqlıdır, niyə indiki məqamda Avropa Parlamenti bu cür əsassız ittihamlarla Azərbaycanın üzərinə gəlir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Avropa Parlamenti tamamilə dələduzluğun və siyasi riyəkarlığın platforması halına gəlib:

“İndiyə qədər Avropa Parlamentindən Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verilib. Burada təmsil olunan parlamentarilərin bir çoxu birbaşa erməni lobbisinin əlinin altında olan adamlardı.

Avropa Parlamentində xüsusi fəallığı ilə seçilən Natali Luazo, Bellami və bu kimi adamlar birbaşa erməni lobbisinin əlində alətə çevrilimiş simalardır. Təəssüf edici haldır ki, Avropa Parlamenti ilə Azərbaycanın yaxşı münasibətləri olduğu halda bu qurumu şər yuvası halına gətirdilər. Bu qurum obyektivliyini, ədalət hissini itirmiş bir təşkilat olub.

30 il ərzində Azərbaycan torpaqlarının işğal faktına göz yuman, səs çıxarmayan, beynəlxalq hüququn təmin edilməsi üçün heç bir cəhd və səy göstərməyən Avropa Parlamenti bu gün Azərbaycan əleyhinə şərin, “qara piar”ın ruporuna çevrilib.

Eyni zamanda, vətən xainlərinin, hansı ki, onlar Avropaya səpələnib və erməni lobbisinin oyuncağına çevriliblər, onlar da Avropa Parlamentinin iclasında iştirak edirdi. Natali Luazo və digərləri də çox açıq şəkildə bildirdilər ki, onların Azərbaycan əleyhinə hazırladığı hesabatda vətən xainlərindən geniş şəkildə istifadə edilir.

Hesab edirəm ki, bu gün də Avropa Parlamentində təmsil olunanların Azərbaycan əleyhinə nəsə demək haqqı yoxdur. Bu gün Azərbaycanın COP29-a ev sahibliyi etməsi qlobal erməni şəbəkəsini narahat edir.

Ona görə də erməni lobbisinə bağlı olanlar Avropa Parlamentindən istifadə edərək Azərbaycan əleyhinə dezinformasiya şəbəkəsini genişləndiriblər”.

Geri qayıt