Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zaur Mikayılovdan yeni təyinat

Zaur Mikayılovdan yeni təyinat


Bu gün, 15:55
Zaur Mikayılovdan yeni təyinat
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yeni təyinatla bağlı əmr verib.

"DİA-AZ" “Qafqazinfo”ya istinadən xəbər verir ki, əmrə əsasən Su Ehtiyatları Agentliyi Yanında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 10 saylı Gəncə-Daşkəsən Regional Bölməsinə yeni rəis təyin olunub.

Əmrlə İlqar Məhərrəmov sözügedən qurumun rəisi təyin edilib.

Qeyd edək ki, İ. Məhərrəmov Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışıb.

Geri qayıt