Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır

Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır


27-10-2024, 10:03
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elkiyar Ziyadov vəzifəsindən ayrılıb.

Məlumata görə, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri vəzifəsinə təyinat alıb(Report).

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb, 2018-2021-ci illərdə şirkətin Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2021-2023-cü illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi işləyib. O, II “Yüksəliş” müsabiqəsinin qalibidir.

Mia.az xatırladır ki, avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov gətirilib. O, təyinatından qısa müddət sonra Səttar Mehbalıyevin AHİK-də illərdir kök salmış qohumları, yerliləri və yaxın kadrlarının çoxunu vəzifələrindən uzaqlaşdırb.

Mia.az-a verilən məlumata görə, bu proses günü gündən güclənir: "Sahib Məmmədov artıq yeni köməkçisi və müşavirləri ilə AHİK-i "cəngi"nə alıb. İndi onun müavinləri, şöbə və komitə sədrləri demək olar ki, "portfelsiz məmur" statusundadır. Ya səlahiyyətləri məhdudlaşdırılıb, yaxud tamamilə qeyri-rəsmi alınıb. İndi qurumda Sahib Məmmədovun köməkçisinin"rüzigarı" əsir. Müşavirlər isə verilən tapşırıqlara nəzarət funksiyasını yerinə yetirirlər...".

Mia.az əldə etdiyi məlumatlar əsasında AHİK-də cərəyən edən proseslərlə bağlı yaxın günlərdə geniş material hazırlayacaq.

MİA.AZ
Geri qayıt