Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi

Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi


28-10-2024, 10:19
Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə Radioquraşdırma zavodunun rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Soltan Qasımov Kərim oğlu zavodun direktoru təyin edilib.

Buna qədər sözügedən vəzifəni Mamay Qulubəyov Maksud oğlu icra edirdi.

Xatırladaq ki, “Radioquraşdırma zavodu” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır.

Geri qayıt