Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Mədəniyyət Nazirliyi bu şəxslərdən 49 min manatlıq kitab alır
Mədəniyyət Nazirliyi bu şəxslərdən 49 min manatlıq kitab alır28-10-2024, 11:44 |
Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC kitab çapı və satışı ilə məşğul olan şirkətlər və fiziki şəxslərlə satınalma müqavilələri imzalayıb. Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 48 min 770 manat olub. Qeyd edək ki, nazirlik ən çox “Altun Kitab” MMC-dən, ən az isə Asif Rüstəmlidən kitablar alacaq. Mədəniyyət Nazirliyi kitabxanalar üçün aşağıdakı şirkətlərdən və fiziki şəxslərdən kitablar alacaq: - “Altun Kitab” MMC (VÖEN – 2000096021) – 17 190 manat; - “Alatoran Jurnalı Redaksiyası” MMC (VÖEN – 1300815541) – 16 840 manat; - “APOSTROF-A” MMC (VÖEN – 3102733781) – 4 440 manat; - “Ağıllı Bala” MMC (VÖEN – 1903645361) – 3 070 manat; - Anar Rəhimov (VÖEN – 1504848892) – 2 250 manat; - “Alfacin” MMC (VÖEN – 5800461471) – 2 220 manat; - Arif Hüseynov (VÖEN – 1006975392) – 1 800 manat; - Asif Rüstəmli (VÖEN – 2008658672) – 1 000 manat; Məlumat üçün onu da bildirək ki, 2 ay əvvəl Elm və Təhsil Nazirliyi də ölkədə kitab çapı və satışı ilə məşğul olan şirkətlərdən 749 min 717 manat 50 qəpik dəyərində kitab alıb. Elm və Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərinin kitabxanaları üçün aşağıdakı şirkətlərdən kitablar alıb: - “Qanun Nəşriyyatı” MMC (VÖEN – 1700670061) – 319 095 manat; - “Teas-Press Nəşriyyat Evi” MMC (VÖEN – 1701563481) – 152 732,5 manat; - “Altun kitab” MMC (VÖEN – 2000096021) – 105 300 manat; - "Təhsil" Nəşriyyat Poliqrafiya MMC (VÖEN – 1300379491) – 58 500 manat; - “Ağıllı Bala” MMC (VÖEN – 1903645361) – 36 000 manat; - “Everest Nəşriyyat Evi” MMC (VÖEN – 1306342531) – 34 650 manat; - “Nərgiz nəşriyyatı” MMC (VÖEN – 1601365831) – 29 940 manat; - “Libra Kitab” MMC (VÖEN – 1504275961) – 13 500 manat. Geri qayıt |