Əsas Səhifə > Ana xəbərlər, Güney Press > O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri…

O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri…


28-10-2024, 11:50
O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri…
“1999-cu il fevralın əvvəlində Vazgen Sərkisyan (həmin il parlament teraktında öldürülən baş nazir – red.) xidmət etdiyim Marqaradakı (Türkiyə-Ermənistan sərhədinə – red.) mövqelərimizə gəlmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai xadim Narek Malyan deyib.

O bildirib ki, V.Sərkisyan ordu nümayəndələrinə qəti tapşırıq verib:

“Vazgen bizə dedi ki, türk hərbçiləri erməni əsgərlərə “Azərbaycana qarşı döyüşmək şansınız yoxdur” deyəcək, amma onlara inanmayın”.

N.Malyan həmin vaxt V.Sərkisyana söz verdiyini, buna görə də mübarizə aparacağını vurğulayıb.

Qeyd edək ki, Vazgen Sərkisyan Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edib. 1991-ci ildən 1992-ci ilə qədər, sonra isə 1995-ci ildən 1999-cu ilə qədər Ermənistanın müdafiə naziri, iyunun 11-dən isə baş naziri olub. 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinə silahlı hücum zamanı öldürülüb.

Onun keçmiş Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe sərgilədiyi iddia edilsə də, N.Malyanın açıqlamasından Vazgen Sərkisyanın işğalı əbədiləşdirmək məqsədi güddüyü aydın olur.

Geri qayıt