Əsas Səhifə > Ana xəbərlər, Güney Press > COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq?

COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq?


Bu gün, 19:10
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq?
11–24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Bu səbəblə paytaxtın bəzi yollarında nəqliyyatın istifadəsinə məhdudiyyətlər qoyulacaq.

Bəs görəsən COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə də məhdudiyyətlər qoyulacaq?

Mözu ilə bağlı Sonxeber.az – a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu gözlənilmir:

"Bununla bağlı bir qadağa qoyulmayıb və qoyulması da planlaşdırılmır. Çünki dövlət tərəfindən məsələ ilə bağlı bir qərar verilməyib. Deməli belə bir qadağaya ehtiyac duyulmayıb. Hər hansı məhdudiyyət gözlənilmir".

COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransıdır.

Qeyd edək ki, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur.

Geri qayıt