Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir?

Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir?


Bu gün, 18:12
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir?
Avropada qazın qiyməti rekord həddə çatıb. Londonun ICE birjasında qazın qiyməti min kubmetr üçün 480 dolları ötüb.
Hollandiyanın TTF mərkəzi indeksinə görə noyabrda yanacaq tədarükü fyuçersləri 2023-cü il dekabrın 1-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 480 dolları ötüb.
Qeyd edək ki, qazın əvvəlki qiymət rekordu 2023-cü il dekabrın 1-də qeydə alınıb. Həmin vaxt qiymətlər min kubmetr üçün 496,4 dollar olub.

Bəs Azərbaycanı nə gözləyir?

Bu barədə Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın qaz qiymətləri siyasəti bir az fərqlidir:

“Azərbaycan Gürcüstan və Türkiyəyə də qaz satır. Bu ölkələr tranzit ölkələr olduğu üçün qazın qiymət siyasəti fərqlidir. Həmin ölkələrlə uzunmüddətli ,eyni zamanda, daha aşağı qiymətlərlə müqavilələr bağlanır”.

İqtisadçı bildirir ki, qazın qiyməti stabil olmadığı üçün Azərbaycan uzunmüddətli layihələr, kontraktlar bağlamağa nail olub:

“Birjalarda artan qiymətlər isə daha çox Avropaya, əsasən də İtaliyaya satılan qiymətlərə müəyyən müddətdən sonra təsir etməyə başlayır. Azərbaycan İtaliya ilə də münasibətlərdə daha uzunmüddətli birjadakı qiymətlərdən birbaşa və daha çox asılı olmayan qiymət siyasəti ilə gedir. Ona görə də, Azərbaycan qazın daha uzunmüddətli və sabit qiymətlərində maraqlıdır”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, Azərbaycan Avropa bazarına gündə orralama 32-33 mln kubmetr qaz satır:

“Bu baxımdan qazın o məkanda 1 gün üçün 1 dollar bahalı olması Azərbaycana əlavə olaraq 32-33 mln dollar qazanc gətirir. Qazın qiymətinin daha yüksək olması həmçinin 2014-2020-ci illərdə “Şahdəniz” layihəsinə yatırılmış $25 mlrd dollara yaxın kapital qoyuluşunun daha tez geri qaytarılmasına və Azərbaycana çatan mənfəətin 70%-lik həddə yüksəlməsinə gətirib çıxara bilər”.

Geri qayıt