Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan razılaşdı: Adamı Bakıya gəlib bunları istəyəcək

Paşinyan razılaşdı: Adamı Bakıya gəlib bunları istəyəcək


Bu gün, 09:12
Paşinyan razılaşdı: Adamı Bakıya gəlib bunları istəyəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 sammitində iştirak etmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” çıxış edib.

Qəzet yazır ki, Mirzoyan ötən gün hakim Mülkü Müqavilə Partiyasının iclasında COP29-da iştirak etmək niyyətində olduğunu, Bakıya səfər zamanı erməni diversantların danışılar çərçivəsində qaytarılmasını istəyəcəyini bildirib.

Məlumata görə, XİN başçısının haqqında danışdığı şəxslər separatçı liderlər deyil, sayları elə də çox olmayan bir neçə diversantdır. Lakin Mirzoyanın Bakıda sadəcə onların qaytarılması şərtini irəli sürəcəyi, bunu ciddi şəkildə tələb etməyəcəyi qeyd olunur. O, diversantlar qaytarılmasa belə, sammitə qatılıb bu məsələdə müzakirə aparacağını deyib.

Nəşr bildirir ki, Ermənistan Milli Təhlükəsizlik xidmətinin direktoru Armen Abazyan yaxın vaxtlarda diversantların ölkəyə qaytarılması ilə bağlı Azərbaycanla müzakirələrin ola biləcəyini desə də, dəqiq vaxt açıqlamayıb.

Geri qayıt