Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Accessbank”ın vaxtı keçmiş kreditləri 63 mln. manata yaxınlaşıb

“Accessbank”ın vaxtı keçmiş kreditləri 63 mln. manata yaxınlaşıb


Bu gün, 09:49
“Accessbank”ın vaxtı keçmiş kreditləri 63 mln. manata yaxınlaşıb
2024-cü ilin III rübündə Azərbaycanda vaxtı keçmiş kreditləri artan banklar sırasında “Accessbank” da yer alıb.

“Yeni Sabah”ın hesablamasına görə, bankın vaxtı keçmiş kreditləri ötən ilin eyni dövrünə nisbətən bu ilin III rübündə 16,2% və ya 8,75 milyon manat artaraq 62,67 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 53,92 milyon manata bərabər olub.

Nəticədə bankın vaxtı keçmiş kreditlərinin ümumi portfeldə çəkisi 5,4%-dən 5,6%-ə kimi yüksəlib.

“Accessbank”ın problemli kreditlərində ən böyük artım istehlak kreditləri üzrə müşahidə edilir. Bankın vaxtı keçmiş istehlak kreditləri 2 dəfə və ya 7,54 milyon manat artaraq 7,71 milyon manatdan 15,26 milyon manata çatıb.

Bankın vaxtı keçmiş biznes kreditləri isə 2,7% və ya 1,24 milyon manat artaraq 47,7 milyon manata bərabər olub.

Bu dövrdə bankın vaxtı keçmiş kreditlərinin yalnız 31,3 min manatı danışmaz kreditlərinə aid olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 50% azdır.

Qeyd edək ki, bir aya qədər gecikdirilmiş kreditlər hesablamada nəzərə alınmayıb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).

Geri qayıt