Əsas Səhifə > Ana xəbərlər, Güney Press > SOCAR-ın törəmə şirkətinin direktoru dəyişdi
SOCAR-ın törəmə şirkətinin direktoru dəyişdiBu gün, 11:39 |
Dövlət Neft Şirkətinin yerli podratçısı “SOCAR-Dalğıc” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişdirilib. Banker.az xəbər verir ki, Samir Əliyev Ağasəf oğlu şirkətin direktoru vəzifəsindən azad edilib. Rüstəm Rəhmətulin Ramizoviç “SOCAR-Dalğıc” MMC-nin direktoru təyin edilib. Xatırladaq ki, 2015-ci ildə yaradılan “SOCAR-Dalğıc” MMC ofşor enerji sənayesinə hava-dalğıc, heyətsiz sualtı aparatlar, mühəndislik, layihələndirmə və layihənin idarə olunması xidmətlərini təqdim edən yerli podratçıdır. Geri qayıt |