Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıdakı restoranlar bu tarixə qədər toy sifarişi qəbul etməyəcək
Bakıdakı restoranlar bu tarixə qədər toy sifarişi qəbul etməyəcəkBu gün, 01:49 |
COP29 tədbiri ilə bağlı Bakıdakı şadlıq saraylarının gələn ayın sonuna qədər toy sifarişi götürmədiyi bildirilir. TNS-in əməkdaşı paytaxtdakı bəzi şadlıq evləri ilə əlaqə saxlayıb. Şadlıq saraylarından birdirilib ki, kütləvi el şənliklərinin keçirilməsi noyabrın sonuna qədər dayandırılıb. "Fərdi qaydada restoranlara gələn müştərilərə xidmət göstərilir. Amma toy şənliklərinin sifarişi COP29 tədbirinin bitəcəyi tarixdən – noyabrın sonlarından etibarən qəbul edilir. Yəni toy mərasimləri noyabrın sonundan başlayacaq. Hazırda işçilər öz qaydasında işə çıxır. Yəni şadlıq sarayları bağlanmayıb. İşçilər ayrı-ayrı müştərilərə xidmət göstərirlər”, - deyə bildirilib. Qeyd edək ki, COP29 tədbiri zamanı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Lakin Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçiriləcəyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq. Geri qayıt |