Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır
Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşırBu gün, 15:37 |
Ölkədə kərə yağının qiyməti sürətlə artır. Əvvəllər kilosu 15-16 manata satılan kərə yağının qiyməti hazırda 21 manatdan yuxarıdır. Qiymət artımı bütün markalar altında satılan kərə yağlarını əhatə edir. Kərə yağının qiymətinə təsir edən amillər hansılardır? İqtisadçı Xalid Kərimli TNS-ə açıqlamasında bildirib ki, ölkədə kərə yağının bahalaşmasının əsas səbəbi bu məhsulun idxal qiymətlərinin artmasıdır: “Dünyada kərə yağı bahalaşıb. Həm Okeaniya - Zelandiyada, Qərbi Avropada, həm də Rusiya və Belarusda kərə yağının qiyməti artıb. Ümümdünya Ərzaq Təşkilatı (FAO) göstəricilərinə görə, təkcə sentyabr ayında süd məhsullarında olan artım 3,8 faiz, son 12 ayda isə 22 faizə bərabər olub. Yəni, ağartı məhsulları, xüsusilə də kərə yağı və pendir son 12 ayda dünyada 22 faiz bahalaşıb. Bu amil də qiymətlərin artımına ciddi təsir göstərir. Yəni, adı keçən məhsula təlabat çoxdur, ehtiyatlar isə azalıb. Təlabat yüksəldikcə, qiymətlər də artır”. İqtisadçı vurğulayıb ki, Azərbaycan da bu məhsul üzrə xalis idxalçı olduğuna görə, ölkəmizə gələn kərə yağının qiyməti bahalaşır. Geri qayıt |