Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi
İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdiBu gün, 09:00 |
Ermənistan nümayəndə heyəti Azərbaycanın rəsmi dəvətinə baxmayaraq COP29-a gəlib-gəlməyəcəyinə dair hələ də dəqiq qərar verməyib. İlk olaraq Ermənistanın sammitdə iştirak üçün rəsmi qeydiyyatdan keçdiyi haqda məlumat yayılsa da, ölkənin xarici işlər naziri Ararat Mirzoyan bunu təkzib etdi. Lakin İrəvan hökuməti hələ də COP29-da iştirakla bağlı yekun qərarın olmadığını bildirir. Bəzi ekspertlərin fikrincə, Ermənistanın COP29-da iştirak etməməsi həm tərəflər arasında sülh prosesinin gələcəyinə, həm də qarşılıqlı etimad mühitinin yaranmasına ciddi problem yarada bilər. İrəvan rəsmilərinin Bakının dəvətinə rəğmən sammitə qatılmaması sülh prosesinə, iki ölkə arasında aparılan delimitasiya, demarkasiya danışıqlarına necə təsir edəcək? Globalinfo.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Ermənistan və onun havadarları hər vəchlə COP29-dan öz maraqları çərçivəsində istifadə etməyə çalışırlar: “Aydın məsələdir ki, bu gün regionda imperialist maraqları olan qüvvələri nə iqlim, nə də ekologiya maraqlandırır. Ona görə də qarayaxma kampaniyası aparırlar. Əslində COP29-da iştirak etməyən böyük dövlətlər bilir ki, tədbir zamanı problemlərin həlli üçün fonda pul yığılır. ABŞ, Kanada, Avstraliya, Hindistan kimi ölkələr məhz bu fonda pul verməkdən yayınmaq üçün belə bir addım atdı. Özü də bu ölkələr iqlimə, ekologiyaya daha çox zərər vururlar. Diqqət etsək, məhz onlardan budəfəki sammitdə ya heç iştirak etmədi, ya da aşağı təmsilçi ilə qatıldılar”. Politoloq bildirib ki, Ermənistan da bu oyuna uyğun davranış sərgiləyir: “Yəni adını çəkdiyim ölkələr İrəvandan açıq şəkildə istifadə edirlər. Halbuki gəlsəydilər, maraqlı və məhsuldar danışıqların şahidi olardıq. Bu gün sülh hər iki tərəfə də lazımdır. Ermənistan isə sülhü imitasiya etməklə məşğuldur. Bu da mənim gələcək danışıqlara pessimist baxmağıma səbəb olur”. Geri qayıt |