Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ağdaş şəhidlərinin xatirəsinə tikilən bulaq "diqqət"dən kənarda qalıb
Ağdaş şəhidlərinin xatirəsinə tikilən bulaq "diqqət"dən kənarda qalıb21-11-2024, 08:55 |
Azərbaycan müstəqilliyini elan etdikdən az bir zaman sonra torpaqları uğrunda mübarizə aparmağa məcbur oldu. Torpaqları hissə-hissə erməni daşnakları tərəfindən işğal edildi və bir gün artıq qəbul etdik ki, biz torpaqlarının 20 faizi işğal edilmiş bir ölkəyik. Minlərlə vətəndaş torpaqlar uğrunda mübarizəyə başladı. Öncə Birinci Qarabağ müharibəsində minlərlə oğullarımızı itirdik. Müharibə səngimir, hücumlar davam edirdi. Azərbaycan bu məğlubiyyəti qəbul edə bilməzdi. Azərbaycan torpaqlarının 20 faizindən imtina edə bilməzdi. Çünki məğlubiyyəti qəbul etmək, yeni məğlubiyyətlərə imza atmaq olardı. 2016-cı il aprel döyüşləri, Tovuz döyüşləri, Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı igid övladlarımızı itirirdik. Bu itkiyə son qoymaq, torpaqları geri qaytarmaq üçün güclü orduya ehtiyacımız var idi. Və 2020-ci ildə Azərbaycan artıq formalaşmış ordusu ilə yenidən torpaqları uğrunda əks-hücum əməliyyatlarına başladı, torpaqlarımız 44 gün ərzində geri qaytarılsa da, minlərlə şəhid verdik. Eləcə də 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatında sağalmaz yaramız Qarabağı erməni separatçılarının işğalından azad etdik, şəhid qanı bahasına. Və bu müharibədə bütün Azərbaycan səfərbər olmuşdu. Bölgələrimizdən də igid oğullarımız savaşa qatılır, mübarizə aparır, şəhid olurdu. Şəhidlik onlar üçün ən uca zirvə idi. Bu gün Azərbaycan artıq müstəqil, torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyünə qovuşmuş bir ölkədir. Biz buna şəhidlərimizin qanı bahasına nail olmuşuq. Şəhidlərimizin xatirəsi heç bir zaman unudulmur... Ağdaş yolu üzərində Qarabağ müharibəsində şəhid olmuş igid vətən oğullarının xatirəsinə şəhid bulağı tikilib. Bulaq Ağdaş Rayonunda bir vətəndaş tərəfindən inşa edilib. Bulağın tikilisinə Ağdaş rayonunda olan şəhidlərin adı yazılmış lövhələr vurulub. Yolu burdan düşən hər kəs bulağın suyundan içib, şəhidlərin ruhuna dua, bulağı tikdirən şəxsə də cansağlığı diləyir. ...Sadəcə kiçik bir problem var. Bulaq illərin aşınmasına uğrayıb, kiçik bir təmirə ehtiyac duyulur. Eyni zamanda buranı ziyarət edən bəzi vətəndaşların mədəniyyətdən kənar bəzi davranışlarına məruz qalıb. Müəyyən miqdar kirlədilib. Bulağın ətrafı tullantılarla dolub. Bulağın çevrəsində həm xoşagəlməz qoxu, həm narahatedici görüntü, həm də antisanitar vəziyyət yaranıb. Ümid edirik ki, Ağdaş şəhidlərinin xatirəsinə tikilən bu bulaq diqqətdən kənardan qalmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin... Bizimyol.info Geri qayıt |