Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb?
Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb?Bu gün, 09:35 |
“Azərbaycan və Türkiyə Çindən başlayaraq Londona qədər gedən çox vacib bir dəhlizin parçasıdır”. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib. O qeyd edib ki, hazırda Bakı-Tiflis-Qars marşrutu olsa da, bununla bağlı müəyyə gecikmələr var. "Mütləq alternativlərə ehtiyac olduğu üçün Zəngəzur dəhlizi qiymətlidir. Azərbaycan tərəfindəki işlər olduqca yaxşıdır. Mən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad bəylə zaman-zaman görüşürəm, dünən də lazımi dəyərləndirmələri etdik. Türkiyə tərəfində də önümüzdəki aylarda çalışmağa başlayacağıq. 4 il müddətində bu çalışmaları bitirib fəaliyyətə başlayacağımızı düşünürəm”- Uraloğlu İTV-yə müsahibəsində bildirib. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması sülh sazişinə salınmayıb: “Bu məsələ sülh sazişindən sonrakı mərhələyə saxlanılıb. Amma hər iki tərəf arasında dəmiryol xəttinin açılması istiqamətində danışıqlar gedir. Əlbəttə ki, Londondan Pekinə qədər nəqliyyat xəttinin açılması Türkiyənin strateji hədəfidir. Bu Orta Dəhlizin əsas seqmentidir. Həm Pekin, həm də London bu dəhlizin açılmasında maraqlıdır. Məhz Zəngəzur dəhlizinin baş tutması sülh prosesinin gedişatından asılı olacaq. Sülh sazişinin imzalanması da Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv olunduqdan sonra baş tutacaq. Hesab edirəm k, Azərbaycanla Ermənistan arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması sülh prosesi ilə paralel şəkildə getməlidir. İrəvan özü də yaxşı bilir ki, bu dəhliz yeni dünya nizamının yeni tərkib hissəsidir və nə zamansaq açılmalıdır”. Geri qayıt |