Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu varBu gün, 10:22 |
“Çinar Park” QSC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub. Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir. Məlumata əsasən, “Çinar Park” QSC-nin vergi borcu 103 373.40 manatdır. Bu vergi borcu 24.11.2024-cü il tarixinə olan məlumatdır. 2006-cı ildə dövlət qeydiyyatına alınmış “Çinar Park” QSC-nin nizamnamə kapitalı 4 325 398 manatdır. Şirkətin qanuni təmsilçisi Gülməmmədli Ülvi Rüfət oğludur. Şirkətin hüquqi ünvanı, Bakı, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllədir. “Çinar Park” QSC “Çinar Park Biznes Mərkəzi”ni idarə edir. Geri qayıt |