Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan Zəngəzur dəhlizindən imtina etmir

Paşinyan Zəngəzur dəhlizindən imtina etmir


Bu gün, 09:20
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir
9/10 noyabr bəyanatı ilə bağlı mövqeyimiz bəllidir: bizim üçün qəbuledilməz sənəddir, amma reallıqdır, müəyyən edilmiş faktdır, atəşkəs sənədidir. Bu ləğv edilməməlidir, amma zaman keçdikcə yeni üçtərəfli razılaşma əldə etməliyik. Biz bunu 9/10 noyabr sənədinin qəbulundan dərhal sonra dedik.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan üzvü İşxan Saqatelyan yerli mediaya müsahibəsində deyib.

O bildirib ki, Baş nazir Paşinyan ölkəni o vəziyyətə salıb ki, daha 9/10 noyabr bəyanatına istinad edə bilmirik:

“Pis olan odur ki, Paşinyan dəhliz ideyasını (9/10 noyabr sənədinin tələblərindən biri – red.) rədd etmir, onun nəzarət aspekti ilə bağlı danışıqlar aparır”.

Geri qayıt