Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyində DƏYİŞİKLİK
“PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyində DƏYİŞİKLİKDünən, 10:40 |
Corc Haimari Cozef (Georges Haimari Joseph) “PAŞA Bank” ASC və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına üzv seçilib. "DİA-AZ"ın əldə etdiyi məlumata əsasən, o bu vəzifənin icrasına 28 noyabr 2024-cü il tarixindən başlayıb. Corc Haimari Dubayda fəaliyyətdə olan “Boubyan Bank Group”da fintex üzrə baş icraçı direktordur. Xatırladaq ki, “PAŞA Bank” ASC 2007-ci ildə yaradılıb, 354.51 mln manat nizamnamə kapitalı var. Bank ölkədə aktivlərinə görə üçüncü ən iri bankdır. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2012-ci ildə yaradılıb və 300 min manat nizamnamə kapitalına sahibdir. Geri qayıt |