Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qərbi Azərbaycan məsələsi: Bu təkcə Bakını ilgiləndirmir...
Qərbi Azərbaycan məsələsi: Bu təkcə Bakını ilgiləndirmir...Dünən, 09:57 |
"Artıq uzun müddətdir dekabrın 5-də keçiriləcək konqresə hazırlıq görülür. Bu konrqesdə qərbi azərbaycanlılar öz legitim hüquqları haqqında danışacaqlar. Tarixi dövrlərdə müxtəlif proseslər çərçivəsində azərbaycanlıların tarixi torpaqlarından, dədə-baba yurdlarından qovulması, deportasiya olunması haqqında fikirlər bölüşəcək. Artıq, vətən müharibəsindən sonrakı dövrdə qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı hər zaman aktuallığını qoruyur". Bunu Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb. O, açıqlamasında qeyd edib ki, əlamətdar hadisədir ki, artıq Qərbi Azərbaycan icmasının nümayəndələri beynəlxalq tədbirlərdə iştrak edirlər: "Dəfələrlə qərbi azərbaycanlıların qaydışı istiqamətində tədbirlərdə çıxış edən bir şəxs kimi deyə bilərəm ki, bu bizim təbii haqqımız, hüququmuzdur. Beynəlxalq konvensiyalar, siyasi hüquqlar bizim tərəfimizdədir. Bu gün ayrı-ayrı korrupsiyaya bulaşmış, təlimatları icra edən şəxslər qeyd edirlər ki, Qarabağda yaşayan ermənilərin qayıdışı mümkündür və biz də cavabında bildiririk ki, Qərbi Azərbaycana qayıdış da legitimdir. Çünki, XX əsrin əvvəlində,ortalarında və sonunda qanlı faciələr yaşamış qərbi azərbaycanlılar çox böyük çətinliklərlə üzləşiblər. Hətta Ermənistanda yaşayanda belə onlara qarşı repressiv addımlar tətbiq olunub və bu gün haqq-ədaləti bərpa etmək zamanıdır. Digər tərəfdən Qərbi Azərbaycan qayıdış kontekstində Ermənistan da onların təhlükəsizliyini təmin etməlidir. Ləyaqətli qayıdış icra olunmalıdır. Bu da bizim tələblərimiz sırasındadır. Tələblərin hər biri beynəlxalq hüquqa söykənir. Azərbaycan heç vaxt beynəlxalq hüququ tapdalayan dövlət olmayıb. Bütün tələblərimiz beynəlxalq hüquqla dərk edilib. Əlamətdar hadisədir ki, artıq Qərbi Azərbaycan icmasının nümayəndələri beynəlxalq tədbirlərdə iştrak edirlər. Bu prosesin bir sonu var, çünki, Qarabağ mövzusu 30 il Azərbaycan üçün aktual oldu. Biz bu barədə danışdıq, yazdıq, müxtəlif ssenarilər, proqnozlar irəli sürdük və nəticədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz təmin olundu. Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıdışının həyata keçiriləcəyinə inanırıq". Geri qayıt |