Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu
Qərbi Azərbaycana axır ki, türk vali təyin olunduDünən, 12:19 |
Rza Rəhmani Qərbi Azərbaycan vilayətinə vali təyin olunub. Bu sözləri Axar.az-a Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib. Onun sözlərinə görə, hökumətin iclasında verilən bu qərar illərdir bu bölgəyə uyğulanan ənənəni dəyişib: “Rəhmani keçmiş sənaye və mədən naziri olub. Həmçinin Təbrizdən üç dönəm millət vəkili seçilib. Onun Qərbi Azərbaycanın valisi təyin olunması panfarsizm və terrorçu qrupların tərəfdarı olan lobbinin Pezeşkiyana təzyiqlərinin başarısız olduğunu və Qərbi Azərbaycana qeyri-türk vali təyin etmək ənənəsinin boşa çıxdığını göstərir”, - o bildirib. Qeyd edək ki, illərdir Qərbi Azərbaycan bölgəsinə kürd mənşəli vali təyin olunurdu. Bu isə güneyli fəallar tərəfindən narazılıqla qarşılanırdı və bunu İran hökumətinin düşünülmüş siyasi qərarı kimi dəyərləndirirdilər. Geri qayıt |