Əsas Səhifə > Manşet, Siyasət > Xaçmazda icra nümayəndəsi AĞALIQ EDİR?

Xaçmazda icra nümayəndəsi AĞALIQ EDİR?


7-10-2024, 08:39
Xaçmazda icra nümayəndəsi AĞALIQ EDİR?
Keçən günlərdə dia-az.site olaraq Xaçmaz rayonu Qalağan kəndində icra nümayəndəsi olmuş Vahidə Turabova ilə bağlı rayon sakini Rüstəm Rüstəmovun iddialarını və təqdim etdiyi faktları nəzərinizə çatdırmışdıq...

YAZISI BURADA: Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT


Qeyd edək ki, həmin günü dia-az.site-ya telefon açan icra nümayəndəsi Xalid Nəsirov yazılanları təkzib etməsə də, mövqe bildirəcəyini söyləmişdi. Amma heç bir açıqlama olmadı. Özü isə dolayısı ilə yazılanların hamısını təsdiqlədi, sadəcə bu yfaktların ictimailəşməsində qarşı tərəfin maraqlarının olduğunu da vurğuladı.

Bu dəfə isə qarşı tərəf olan Rüstəm Rüstəmov Xaçmaz RİH başçısı Elnur Rzayevə müraciət edir və Qalağandakı durumla bağlı kömək istəyir. O bildirir: "Xaçmaz Rayon İcra Hakimiyyəti, Növbəti dəfə sizə müraciət edirəm... Qalağan kəndində taxt-tac quraraq ailə müstəmləkəsi yaratmış icra nümayəndəniz Xalid müəllim haqqında bir tədbir görün. Xalid müəllimin anası, Vahidə Turabova kənd nümayəndəsi olan zaman torpaqlarımızı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əlimizdən alıblar. Kənd camaatı bu adamların əlindən qan ağlayır. Bütün ərazi üzrə torpaqları zəbt ediblər. Bunlara ağalıq edənlər kimlərdir?
Niyə bizim müraciətimizə baxan yoxdur? Hər yerdə bunların adamları var. Pulları çox olduğu üçün bizim şikayətimizə baxan yoxdur. Çox xahiş edirəm cənab Elnur Rzayev, bizə kömək edin..."

Geri qayıt