Əsas Səhifə > Manşet, Hadisə > ADAU-da müəllimlər MAAŞLARINI ALA BİLMİR...

ADAU-da müəllimlər MAAŞLARINI ALA BİLMİR...


8-10-2024, 09:56
ADAU-da müəllimlər MAAŞLARINI ALA BİLMİR...
Azərbaycan Dövlət Aqrar Universitetində maaş problemi yaşanır. dia-az.site xəbər verir ki, bu barədə müəllimlər məlumat paylaşıb. Onların müraciətini təqdim edirik:

"ADAU-nun tarixində görülməyən hadisələrdən biri də sentyabr ayı tamam olsa da, müəllimlər hələ də əməkhaqqılarını ala bilməyiblər.

Halbuki Gəncə Dövlət Universiteti əməkhaqqıları nəinki vaxtında ödəyib, hətta əlavədən 20 faiz artırıb da... müəllimlərin peşə bayramına görə...

10 faiz əməkhaqlarına əlavə almalarına baxmayaraq Zəfər Qurbanov hələ də əməkhaqqını vermək barədə düşünmür..."

dia-az.site xəbər verir ki, qeyri-rəsmi mənbələr ADAU rektoru Zəfər Qurbanovun müəllimlərə çatacaq əməkhaqqı fondunu bankla əlbir olaraq dövriyyəyə buraxdığını da iddia edirlər. Buna görə də yubanmalar təbiidir, deyə mənbə qeyd edir.

Geri qayıt