Əsas Səhifə > Manşet, Ölkə > ADAU-nun texnikası qanunsuz olaraq İCARƏYƏ VERİLİB...

ADAU-nun texnikası qanunsuz olaraq İCARƏYƏ VERİLİB...


10-10-2024, 09:55
ADAU-nun texnikası qanunsuz olaraq İCARƏYƏ VERİLİB...
Keçən günlərdə dia-az.life olaraq Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müəllimlərin etirazlarını diqqətinizə çatdırmışdıq. Aydın olurdu ki, ADAU-nun rəhbərliyi neçə müddətdir müəllimlərin əməkhaqqılarını nəinki qaldırmır, heç vaxtlı-vaxtında da vermir. Halbuki digər universitetlərdə vəziyyət əksinədir.

Bu dəfə isə dia-az.life-ya müraciət edən müəllimlər ADAU rektoru Zəfər Qurbanovun gizli qazanc yerləri barədə bilgilər veriblər. Həmin iddiaları olduğu kimi təqdim edirik: "ADAU-nin bütün texnikası və əmlakı Z.Qurbanov tərəfindən talan olunmaqda davam edir. Maşın, traktor parkında olan 2 ədəd yeni kombayn hər biri 10 000 manat "şirinlik" qarşılığında saxta müqavilə ilə icarəyə verilib.

Halbuki "buxalteriya"da isə bu icarə haqqını 500-2000 manat arasında qeyd edilib. Həmin kombaynların hər ikisi hal-hazırda Goranboy rayonun Borsunlu və Qırıxlı kəndindədir. Kombaynları “icarəyə götürən” şəxslər kombayna heç bir texniki qulluq etmirlər, ona görə də kombaynlar işlək vəziyyətində deyildir.

Əgər həmin kombaynlar yenidən univeristetə qaytarılsa, ya söküntü məntəqələrinə verilməlidir, ya da yenidən texniki qulluq edilməlidir. Nəzərinizə çatdırırıq ki 1 kombaynın yenindən istfadəyə verilməsi üçün nə az, nə çox 10 000 manat dəyərində texniki qulluq edilməlidir..."

Əlavə bilgilərimiz də var. Bizi izləməyə davam edin...

Geri qayıt