Əsas Səhifə > Manşet, Cəmiyyət > Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR...

Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR...


15-10-2024, 11:23
Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR...
"Dilimizdə məşhur bir frazeoloji söz birləşməsi var – başına turp əkmək. Adətən zülmə məruz qalanlar barədə bu deyimdən istifadə edirik. Zalım-məzlum əlaqələrini obrazlı şəkildə ifadə etmək üçün..." dia-az.site xəbər verir ki, bunu bu günlərdə Naxçıvandan qayıdan tanınmış jurnalist Heydər Oğuz açıqlamasında qeyd edib.

Fotodəlillər gətirərək olduqca ilginc bir fakta işıq salan H.Oğuz daha sonra bildirir:
"Azərbaycan müstəqilliyini qazanandan sonra Naxçıvanın bütün tarixi abidələrinin başına turp əkilib. Xüsusilə də Vasif “xan” əyyamında. Başına ən çox turp əkilən abidə isə Bektaşi təkkəsi (zaviyəsi) olub. Gündə mənasız-mənasız idarələrin istifadəsinə verilən, dəfələrlə adı dəyişdirilən bu təkkənin bir də fiziki olaraq başına sözün həqiqi mənasında turp əkilib. İnanmırsınızsa, buyurun, şəkillərə baxın. Zaviyənin bu gün başında ucaldılan künbəz sizcə turpa bənzəmirmi? Halbuki onun əvvəlki halında bu cür künbəz yox idi. Sadəcə onun içərisini yağışdan qardan qoruyan dam örtüyü vardı. Bu örtüyün insanlara verdiyi mesajlardan biri zaviyənin məscid olmadığını anlatmaq idi. Üstəlik, o örtük dörd parçadan əmələ gətirilmişdi ki, bu da əslində təsəvvüfün dörd mərhələsini özündə əks etdirirdi – şəriət, təriqət, mərifət və həqiqət. Müstəqillikdən sonrakı Naxçıvan hakimiyyəti isə bu dörd mərhələni bir mərkəzdə - turp künbəzində birləşdirib..."

Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR...
Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR...
Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR...

Geri qayıt