Əsas Səhifə > Manşet, Siyasət > Fuad Nəcəflinin KOLXOZVARİ HESABATI

Fuad Nəcəflinin KOLXOZVARİ HESABATI


17-10-2024, 10:02
Fuad Nəcəflinin KOLXOZVARİ HESABATI
Naxçıvan Muxtar Respublikasının yerli Dövlət Statistika Komitəsi məlumat verir ki, Naxçıvanda maaşlar artıb. Məlumata görə, hazırda orta aylıq maaş 775,2 manatdır. Bu da ötən illə müqayisədə 16,2 faiz çoxdur. dia-az.site xəbər verir ki, bu rəsmi məlumat iki gün əvvəl yayılıb.

Xatırladaq ki, elə bir neçə gün bundan əvvəl bir qrup yerli sakin maaşlarının 50 faizə qədər azaldığını bildirmişdilər. Yəni bu barədə vətəndaş gileylərini zaman-zaman diqqətinizə təqdim edirik. İndi isə görünəni odur ki, Fuad Nəcəfli cənabları reallığın acınacaqlı təzahürlərini pərdələmək üçün və Bakıda özü barəsində saxta müsbət rəy formalaşdırmaq üçün KOLXOZVARİ HESABATLARI xatırladan rəqəmlərlə yalançı rəy formalaşdırmağa çalışır.

dia-az.site bildirir ki, yerli statistika komitəsinin bu saxta rəqəmləri sosial şəbəkələrdə Naxçıvan sakinləri tərəfindən qınanılıb. Onlardan bəzilərini olduğu kimi təqdim edirik. Hər halda, xalq doğrusun danışır... Beləliklə...

***

Emil Mammadov:
Azərbaycanın ən işsiz bölgəsi Naxçıvandır. Əhalinin 50%-i işsizlik səbəbindən öz evlərini tərk edib

***

Elsen Esgerov:
Bəsdirin caamatin hissləriylə oynayirsiz utanmazlar nə artim əəə

***

Behlul Muradov:
İnsan utanmaq hissini itirərsə, hər şey deyər.

***

Sabir Veliyev:
İş var ki maaş artsın ? Məsuliyyətsiz çıxışlardır

***

Narmin Huseynova:
Hökumət statistikaları saxtalaşdırır? Adamlar maaşların azaldığını deyir, bu rəqəmlərə necə inanmaq olar?

***

Elgun Aykhan:
İş var ki maaş olsun.

***

Eli Abdullayev:
Men işsizlikdən qaçıb istanbul'a gəlmişəm borc qitlaqdan,bang ne ler neler iş var orda ancaq rüşvət

***

Eldeniz Nesirli:
2 ildi işsizem

***

Bu rəylərin sayını artırmaq da olar. Hər halda, durumun nə yerdə olduğu hər kəsə aydındır. Aydın olmayanı isə odur ki, Fuad Nəcəflinin bu saxta hesabatlarını "yuxarılar" necə qarşılayacaq... Bunu isə zamanla görəcəyik...

Geri qayıt