Əsas Səhifə > Manşet, Sosial > Hər addımda kələk gəlməyə meyillidirlər...

Hər addımda kələk gəlməyə meyillidirlər...


17-10-2024, 10:33
Hər addımda kələk gəlməyə meyillidirlər...
"Şikayətim "Kontakt Home"dandır". dia-az.site xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nigar Məmmədzadə adlı istifadəçi giley edir.

Hər addımda kələk gəlməyə meyillidirlər...

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Oktyabrın 11-i adı gedən mağazadan yandex Alisa kolonkası sifariş vermişəm. Sabahsı gün, yəni 12-si günorta artıq çatdırdılar mənə sifarişi.
Sifarişi "online" etdim, bir neçə saat sonra mənə telefonla geri zəng etdilər, təsdiq üçün. Sifariş zamanı saytda yazıldığı kimi (3 ay "yandex plus" abunəliyi hədiyyə) dəqiq olub olmadığını soruşdum. Operator bildirki bəli olacaq. Lakin sifarişi məni çatdıranda kuryerdən soruşdum dedi xəbərim yoxdur, kuryer gedən kimi zəng etdim "Kontakt Home"a... dedilər, geri dönüş edəcəyik... Geri dönüş olmadı və ondan sonra 4 dəfə zəng etmişik sözügedən mağazaya amma hamısı nəticəsiz. Güya ki məsələmi “təcili” siyahısına əlavə ediblər. O gündən sakitçilikdir...."

Hər addımda kələk gəlməyə meyillidirlər...

Geri qayıt