Əsas Səhifə > Manşet, Güney Press > ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR...

ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR...


Bu gün, 15:59
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR...
Göygöl rayon sakini Hacıyev Haxoy Əlaslan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onun müraciətini olduğu kimi dərc edirik:

“Mən, Hacıyev Haxoy Əlaslan oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 44 günlük Vətən Müharibəsində başımdan və əlimdən yaralanmışam. Sağlamlığımın 80 faizini itirmiş bir qaziyəm.

Qeyd edim ki, atam Hacıyev Əlaslan Yusif oğlu da Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Qazidir.

Atam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Aqrar Xidmətlər Agentliyinin Göygöl rayon mərkəzində toxumçuluq üzrə şöbənin müdiri vəzifəsində işləyirdi. Atamı qanunsuz olaraq işdən çıxarıblar.

Atamın maaşı ancaq mənim dərmanlarımı almağa kifayət edirdi. Hal-hazırda dərman almağa belə, imkanımız yoxdur. Çünki ailədə tək işləyən atam idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə vetranları ilə bağlı çıxışı zamanı söyləmişdir ki, dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir, onlara qarşı ədalətsizlik qəti qadağandır”.

Məsələ ilə bağlı Göygöl rayon Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərimiz cavabsız qaldı.


ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR...
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR...
Geri qayıt