Əsas Səhifə > Manşet, Güney Press > `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR...

`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR...


Bu gün, 14:06
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR...
Yenə də neftçilər vaxtlı-vaxtında əməkhaqqılarını ala bilməməklərindən gileylənirlər. "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edən "Bahar" Enerji Əməliyyat Şirkətinin çalışanları təkcə maaşlarının kəsilməsindən yox, həm də vaxtlı-vaxtında verilməməsindən giley edirlər.

"Kənardan baxanlar düşünür ki, neftçilərin, Neft şirkətində çalışanların maaşları yüksəkdir. Amma əslində elə deyil" deyən narazı neft çalışanı daha sonra əlavə edir:

"Burada neftçinin maaşını kəsirlər. Hələ üstəlik də vaxtında verilmir. Bu barədə "Bahar" Enerji Əməliyyat Şirkətinin rəhbərliyi nə düşünür?"


Geri qayıt