Əsas Səhifə > Manşet, Sosial > Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB

Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB


Bu gün, 09:37
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB
Naxçıvanda hələ də özünə tam hakimiyyət qurma sevdasından əl çəkməyən Muxtar Respublikada Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli yenidən yaxın ətrafına təlimatlar verərək bu yöndə fəallığını daha da artırıb. Bu barədə "DİA-AZ" Naxçıvandakı qaynaqlara istinadla xəbər verir.

Mənbənin söylədikləri: "Əslində Bakıya sərf etmir ki, kimsə Naxçıvanda Vasif Talbovsayağı möhkəmlənsin. Amma Fuad Nəcəfli Bakını inandırmağa çalışır ki, MR-nı başqa cür idarə etmək olmaz. Bu isə kökündən yanlışdır.

Amma yenə də Fuad Nəcəfli vəzifə başındadır və hazırda rəqib kimi gördüklərini bir-bir sıradan çıxarmağa çalışır.

Onlardan biri də Naxçıvanın səhiyyə naziri Samiq Sadıqovdur. Fuad Nəcəfli onunla bağlı hətta əməkdaşlıq etdiyi mətbuata da tapşırıqlar verir ki, bacardıqları qədər səhiyyə nazirini gözdən salsınlar. O da bütün bu "fakt"ları "yuxarılara" ötürür..."

Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB

Samiq Sadıqov

Qeyd edək ki, Samiq Sadıqovla Fuad Nəcəfli arasındakı gərginlik sosial şəbəkələrdə də müzakirə olunmaqdadır. Və SŞ istifadəçiləri məsələdən tam hali kimi görünürlər. Onlardan bəzilərinin rəyini təqdim edirik:

"Samiq Sadigov Naxçıvanın batmış səhiyyəsi üçün əlindən gələni edib. Araşdırsanız özünün görəcəksiniz. Mövcüd sistemdə SAMİQ Sadigovun qədrini sonra biləcəksiniz əziz naxçıvanlılar, o da gec olacaq..."

***

"He Samiq hekimi yola salın getsin.Hekimler xestelerden pul ala bilmirler axı.."

***

"Bir insanı şərləyib onu postdan uzaqlaşdırmaq lazım deyil. Güya yeni gələn nazirlər dağı dağ üstə qoyacaq. Əsas odur işləyənə imkan yaradıb dəstək olmaq lazımdır..."

***


Görünəni odur ki, Naxçıvan sakinləri məsələnin mahiyyətindən xəbərdardırlar... Xəbərdar olmadığımız isə Fuad Nəcəflinin Samiq Sadıqova qarşı növbəti planlarıdır... Hər halda, "yuxarılar" bunu daha aydın görə bilirlər...

Geri qayıt