Əsas Səhifə > Manşet, Güney Press > Nazirlik araşdırmaya başladı... hüquq müdafiəçisi nişan verdi: BOĞULURUQ...

Nazirlik araşdırmaya başladı... hüquq müdafiəçisi nişan verdi: BOĞULURUQ...


Bu gün, 17:43
Nazirlik araşdırmaya başladı... hüquq müdafiəçisi nişan verdi: BOĞULURUQ...
Axşamdan etibarən paytaxtın Xətai rayonunda yaşayan əhali kəskin qoxudan narahatdır.

"DİA-AZ" xəbər verir ki, kəskin qoxu Nizami rayonunda da hiss olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yerli KİV-ə verilən məlumata görə, Bakı şəhərinin bəzi ərazilərində yayılan qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb.

"Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır", - deyə açıqlamada bildirilib.

"DİA-AZ" bildirir ki, bu arada tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı paytaxtda kəskin qoxunun yayılmasının səbəbi ilə bağlı öz ehtimalını irəli sürüb.

M.Qəhrəmanlı Dövlət Neft Şirkətini nişan verərək, SOCAR-a xitab edərək qeyd edir: "SOCAR, ətrafa yayılan kəsgin kəsif iy, (xüsusən də zavod ətrafındakı UPD,NZS və s) Neftayırma zavodundakı qurğuların təizlənməsi ilə əlaqadardır?!
Ətrafa atılan çirki tullantılar ərazidə yaşayan əhalinin sağlamlığı üçün zərərli və təhlükəli deyil? İnsafiniz yoxdur? İllərlə yığılıb qalmış problemin həlli indiyə qaldı? Niyə ictimaiyyət üçün rəsmi açıqlama verilmir?"

Geri qayıt