Əsas Səhifə > Manşet, Güney Press > DİN deməkdən yoruldu... vətəndaş `dinə-imana gəlmir`...
DİN deməkdən yoruldu... vətəndaş `dinə-imana gəlmir`...Bu gün, 15:29 |
Artıq kibercinayətkarlıq yolu ilə vətəndaşların qarət olunması bir ənənə halını alıb, desək, yanılmarıq... O da məlumdur ki, bu barədə dövlətin hüquq-mühafizə orqanları - xüsusən də Daxili İşlər Nazirliyi (DİN) davamlı olaraq vətəndaşlara xəbərdarlıq edir, onları dələduzluq faktlarına qarşı ayıq-sayıq olmağa səsləyir. Amma nə olsun... Yenə də qeyd etdiyimiz məsələ aktualdır. Yəni insanlarımız aldanır, aldadılır... "DİA-AZ" olaraq bu qəbildən olan növbəti vətəndaş gileyini təqdim edirik. Aşağıdakı giley-müraciətdən də görəcəksiniz ki, aldadılmı, qarət olunmuş vətəndaş hətta durumu ilə bağlı müştərisi olduğu bankdan güzəşt belə umur... Yəni sadəlövhlük... Beləliklə, Nigar Dadaşova adlı növbəti gileylənən vətəndaş "Hüquqşünaslar" qrupunda yazır: "Mənim "ABB tam kart" kredit kartım və əməkhaqqı kartımdan hakerlər ümumilikdə 5075 manat pul çəkiblər. Mən satışa torpaq qoymuşdum "lalafo"ya... Guya beh almaq adıyla kart nömrəsi istədilər. Dedim və mənə rus dilində kod geldi. Dedilər, onu bizə də pul aktivləşsin deyə yolla. Deməyimlə pullar getdi... Sualım odur ki, "tam kart" kreditin faizinə qədər bank tələb edir... (məbləğ 4836 manatdır). 24 aylıq faizlə mən nə edə bilərəm bu halda? Güzəşt olmurmu? Lazımi orqanlara şikayət etmişəm... Bir nəticə yoxdur hələ ki..." Göründüyü kimi, vətəndaşımız bəlli bir kibercinayət faktının qurbanıdır... Məsələ orasındadır ki, sayıqlığını itirən vətəndaş beynəlxalq cinayətkar şəbəkənin qurbanı olduğu halda, yenə də polisdən ümid bəsləyir və bankın güzəştinin olub-olmaması ilə maraqlanır... Olmazdımı ki... elə bəri-başdan diqqətli olaq... Geri qayıt |