Əsas Səhifə > Manşet, Güney Press > "Nəqliyyat ola-ola mən niyə gün itirməliyəm?"
"Nəqliyyat ola-ola mən niyə gün itirməliyəm?"Dünən, 17:47 |
"Şikayətimiz var, xahiş edirik gəlin araşdirin, onsuz da sancaqlarin yivlərini saymaqdan ötrü ezamiyyətlər yazilir, qoy bu bir dəfə də neftçilərə görə yazilsin! Həlli düyünə düşmüş Şikayətlər "qutusundan"..." "DİA-AZ" bildirir ki, bunu öz açıqlamasında növbəti neftçi çalışanının gileyini tə\qdim edən Neftçilərin Hüquqlarının MÜdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib. NHMT sədri daha sonra açıqlayır: " "Azneft" İB-də olan cənablara muraciət etmək istəyirəm, xususi olaraq gəlib quyularin "fləns birləşmələri"ndə olan sancaqların simmetrik (yivin hər iki tərəfdən bərabər) olmamasini bizlərə irad bildirən o məsul rəhbərə ki, görsün əsl problem nədir və əslində nələri həll etmək lazimdir: Bizim öz idarə rəhbərlərimizin heç birindən şikayətimiz yoxdur, çunki onlarin nə gecəsi var nə də gunduzu, neftin hasilatinda bu insanlar bizimlə bir yerdə əziyyət çəkirlər və daim bacardiqlari köməkliyi bizlərə edirlər..." "DİA-AZ" olaraq neft çalışanının söylədiklə\rini olduğu kimi, heç bir redaktə etmədən nəzərinizə çatdırırıq: "Amma problem nədir: Neft Daşlarinda bu ayin 2,3,4,5-də hava şəraiti ilə əlaqədar gəmi nəqliyyati olmamişdir. Nəqliyyat olub noyabrin 6-si və sonraki günlərdə. Növbələr üst-üstə yiğildiği üçün işçilər təsdiq olunmuş qrafik üzrə vaxtinda işə gələ bilməmişlər, çunki Qara Qarayev gəmisi 120 nəfərdən artiq sərnişin daşiya bilmir. Nəticədə işçilər 1-2 gün boşdayanmada olublar. Sual yaranir ki, nəqliyyat ola-ola mən niyə gün itirməliyəm? Ayin axirinda ödəniş cədvəlində həmin boşdayanmani "firtina" kimi qeyd edəcəklər amma həmin gün firtina olmayib axi? Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir. Əgər sənin nəqliyyatin belə vəziyyətdə işçiləri daşimaq qabiliyyətinə malik deyilsə niyə kömək kimi əlavə gəmilər cəlb edilməyib? Niyə naraziliq yaradirdiz? Ona görə də xahiş edirik SOCAR Baş Ofis səviyyəsində bu məsələ ilə əlaqədar xususi komissiya yaradilsin və məsələnin həlli üçün biz neftçilərlə görüş keçirilsin, təklif və rəylər dinlənilsin. P.S. Mənim özümə maraqlidir, görəsən bizim əməkhaqqi şöbəsinin rəisi özü ömründə bir dəfə də olsun qirağda "küləyə düşübmü" ? Elə xətir-hörmət qoyub dinmirik deyə daha bu qədər də yox daa!.." Geri qayıt |