Əsas Səhifə > Manşet, Cəmiyyət > Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI...

Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI...


Bu gün, 11:44
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI...
Naxçıvada tilovla balıq tutmaq qadağan olunub. Buna səbəb isə, indiyə kimi əhalinin balıq tutduğu göllərin qeyri-qanuni balıqçılıq təsərrüfatlarıına çevrilməsidir. Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Onlar bildirirlər ki, Heydər Əliyev Su Ambarında, Uzunoba və digər böyük göllərdə problemsiz balıq tuta bilirmişlər. Bu yaxınlarda isə, həmin göllərə biuznes məqsədi ilə balıq buraxılıb. Sakinlər deyirlər ki, bu biznes yüksək vəzifəli məmurların nəzarətindədir.
Şahbuz rayon sakini X. Quliyev deyir ki, hər payız olduğu kimi, bi il də yaxınlıqdakı Şahbuz Dəryaçasında balıq tutmağa gedib. Lakin, onun bu istəyi baş tutmayıb:
“Bir neçə balıq tutmuşdim ki, polis gəldi, dedi ki, olmaz, cərimə olunacaqsınız. Yaxamı cərimədən birtəhər qurtara bildim. Balıqları əlimdən alıb, dedilər ki, bir də buralara gəlsəm, 400 manat cərimə edəcəklər. Yamanca işə düşmüşük. Bir vaxtlar Talıboun qoyduğu əcaib qadağalar yenidən gündəmə gətirilir. Dünyanın heç bir yerində belə qadağa yoxdur. Balıqların kürü verməsi zamanını başa düşdük. Bu qanunla tənzimlənir və qadağan olunur. Dünyanın hər yerində belədir. Bəs indi niyə imkan vermirlər? Çünki yerli hakimiyyətdən kimsə gətirib 10 minlərlə balıq ötürüb. İndi onlar orada kütləvi şəkildə balıq yetişdirib satacaqlar. Bəs əhalini niyə bundan məhrum edirlər? Dəryaça düz evimin yanındadır. Mən nəyə görə Allahın bizə verdiyi bu nemətdən istifadə etməməliyəm? Onların hər yerdə adamları var. Tilovla gölə yaxınlaşan kimi dərhal gəlirlər”.
Naxçıvan şəhər sakini Abbas Əliyev isə, balıq tutduğuna görə cərimələndiyini deyir:
“Mən şəhərdə yaşayıram. Sevdiyim işlərdən biri də balıq tutmaqdır. Həftənin ən azı iki gününü balıq tutmaqla keçirirdim. İndi buna imkan verilmir. Getdim şəhərdən biraz aralıdakı Uzunoba gölünə balıq tutmağa. Tilovu hazırlayıb gölə atmaq istəyirdim ki, gəldilər. Haray həşir saldılar ki,qadağandır. İlk dəfə olduğu üçün 50 manat cərimələdilər. Dedilər ki, bu dəfə güzəşt edirik, bir də yaxalansan 300-400 manat cərimələnəcəksən. Bizə deyirlər ki, qadağandır. Lakin, özlərinə lazım olanda gəlib, istədikləri qədər tuturlar. Həm öz restoranlarında müştərilərə verirlər, həm də Bakıya satışa göndərirlər. Bu il gətirib, yetişdirmək üçün balıq buraxıblar göllərə. 1.2 ildən sonra tor salıb, tonlarla balıq tutacaqlar. Talıbovun vaxtında da belə etdilər. 3-il balıq tutmağa imkan vermədilər. Şahbuz dəryaçasında tor salıb, maşın-maşın balığı Bakıya apardılar. Naxçıvan sazanı Bakıda çox baha qiymətə satılır. Bunlar küllü miqdarda pul qazansınlar deyə, yerli əhalini balıq yeməkdən məhrum edirlər. Həm də qeyri-qanuni. Çünki bu göllərdə balıq təsərrüfatı qurmaq qadağandır”.

Geri qayıt