Əsas Səhifə > Manşet, Hadisə > Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün”
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün”16-11-2024, 11:47 |
Xəbər verdiyimiz kimi, Şərur Regional Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilib. “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Günel Abdinova doğuş şöbəsindəki tibbi avadanlıqları, küvəzləri xəstəxanadan çıxartdırıb, şöbənin isə ləğv edildiyini bildirib. TNS bu xəbəri yayımladıqdan sonra tibb işçiləri redaksiya ilə əlaqə saxlayıb, baş verən hadisənin təfərrüatını danışıblar. Məlum olub ki, belə bir qərar Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyi tərəfindən qəbul edilib. Bu da o deməkdir ki, bundan sonra Şərur Regional Tibb Mərkəzinin Şərur rayonundakı xəstəxanasında doğuş olmayacaq. Şərur rayonundakı tibb işçiləri “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Günel Abdinovaya bu qərarın bölgə əhalisinin sağlamlığını təhlükə altına atmaq olduğunu bildirsə də nəticə dəyişməyib. Baş həkimlə qısa dialoq belə olub. “Bəs bundan sonra Şərur və Sədərək rayonlarındakı hamilə qadınlar doğuş üçün Naxçıvan şəhərinə aparılmalıdır?” sualına baş həkim “Bəli” deyə cavab verib. Tibb işçiləri deyib ki, bu, çox riskli qərardır, analar və onların doğulmamış körpələri yolda həyatını itirə bilər. Baş həkimin bu məsələyə yanaşması nə hippokrat andına uyğundur, nə də insanlağı sığan hərəkətdir: “Cəhənnəmə ölsünlər. Bundan sonra doğuşlar Naxçıvan şəhərində olacaq”. Əgər baş həkim doğrudan da belə ifadələr işlədibsə, deməli, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə bir həkim deyil, qəssab rəhbərlik edir, muxtar respublika əhalisinin sağlamlığı ciddi təhlükə altındadır. Azərbaycanın aidiyyəti dövlət orqanları təcili tədbir görməlidir. Geri qayıt |