Əsas Səhifə > Manşet, Hadisə > ADAU-da `EGE YEYİNTİSİ`...
ADAU-da `EGE YEYİNTİSİ`...18-11-2024, 10:10 |
Azərbaycan Dövlət Aqrar Universitetində təhsildən başqa hər şeyin olması ilə bağlı silsilə yazılarımızı xatırlayırsınız. Bu dəfə də sözügedən "ali təhsil ocağı"ndan "DİA-AZ"a müraciət ünvanlanıb. Müraciətdə deyilir: "Rektor Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetini rəsmən məhvə aparmaqda davam edir. ADAU-da bir çox maliyyə məsələlərində açıq şəkildə qanun pozuntusu var. Belə ki, Zəfər Qurbanov universitetə heç bir yeni avadanlıq gəlmədiyi halda, universitetin büdcəsindən külli miqdarda pul mənimsəyir. Halbuki ayrılan həmin vəsait universitetə yeni avadanlıqların gətirilməsi üçün nəzərdə tutulsa da, universitetdə heç bir yeni avadanlıq yoxdur. Universitetin bəzi texnikalarını ucuz qiymətə icarəyə verir, bəzilərini isə Zəfər Qurbanov satıb öz cibinə qoyub. ADAU-EGE ikili diplom çərçivəsində çalışan özünə yaxın müəllimlərə 4000-5000 manat maaş yazır və hətta EGE ilə heç bir əlaqəsi olmayan yaxınlarına istədiyi maaşı təyin edir. Sanki sabiq rektor İbrahim Cəfərovun yaratdığı ADAU-EGE ikili diplom çərçivəsi Zəfər Qurbanova atasından miras qalıb. Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elcan Məmmədova verdiyi aylıq 1500 manat maaşdan əlavə, ADAU-EGE universitetinin hesabına əlavə 800 ABŞ dolları məvacib verilir. Baytarlıq fakültəsinə saxta yol ilə dekan seçilən və heç bir elmi fəaliyyəti olmayan Şəlalə Zeynalova ya 2000 manat maaş yazılıb, halbuki digər dekanların maaşı 1500 manatdan aşağıdır. Onu da qeyd etmk lazımdır ki, Şəlalə Zeynalova Aqrar Universitetdə 1,5 stat vahidi həm dekan, həm də müəllim kimi işləyir əlavə olaraq 0,5 ştat vahidi Hacıqabul quşçuluq fabrikində və 0,5 ştat vahidi Şəmkir Quşçuluq fabrikində işləyir. Anlamaq mümkün deyil ki, bu qədər işləri Şəlalə Zeynalova necə aparır..." DAVAMI MÜTLƏQ OLACAQ... Geri qayıt |