Əsas Səhifə > Manşet, Ölkə > Bələdiyyə sədri EL YOLUNU SATDI...

Bələdiyyə sədri EL YOLUNU SATDI...


18-11-2024, 10:31
Bələdiyyə sədri EL YOLUNU SATDI...
Lənkəran rayon Vilvan kənd sakini Rafiq Dadaşov kənd bələdiyyəsinin sədri Hafizə Quliyevadan şikayətçidir. "DİA-AZ" xəbər verir ki, vətəndaşın iddiasına görə, bələdiyyə sədri Hafizə Quliyeva kəndin yolunu bağlatdırıb, dövlətin onlara ayırdığı sahədən istifadə etməyə imkan vermir.

O bildirir ki, həmin yolun bağlanmasına səbəb bələdiyyə sədrinin razılığı ilə tikilmiş fərdi evdir.

Şikayətçi deyir ki, həmin evin sökülməsinə görə məhkəməyə müraciət edib. Məhkəmə həmin evin sökülərək yolun açılması haqqında qərar versə də, Lənkəran rayon İcra Probasiya şöbəsi məhkəmənin qərarını icra etmir.

Rayonda işin olmadığını, əkin əkməyədə bələdiyyə sədrinin imkan vermədiyini vurğulayan Dadaşov aidiyyatı qrumlardan kömək istəyir.

Geri qayıt