Əsas Səhifə > Manşet, Siyasət > "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..."

"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..."


19-11-2024, 08:51
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..."
"Şikayətim Fəvvarələr meydanında yerləşən "Bytelecom" mağazasından və Apple-in rəsmi servisi olan Isupport-dandır. Avqust ayında təxminən 3000 manata 15 pro max almışam. Bir-iki həftə işlətdim və ekranı scroll edəndə yuxarı hissədə əsmələrin olduğunu, eyni zamanda menyunu swipe edəndə gecikmə (ilişmənin) olduğunu gördüm..." "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Zaur Hüseynzadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra əlavə edir: "Əvvəl elə bildim normaldır, sonra tanışların heç birinin telefonunda bu halın olmadığını gördüm. Mağazaya gətirdim, aldılar ki, servisə verək. 5-6 gün sonra servisdən cavab gəldi ki, heç bir şey aşkarlanmadı, ekran işığını azaldanda belə olması normaldır. Halbuki, ekran işığının mövzuya ümumiyyətlə aiddiyatı yoxdur. Bildiyiniz yola verdilər. Mağaza müdiri dedi ki, ios-u axırıncı versiyaya qədər yüksəldin, problem ona görədir və götürüb bir müddət işlədin, əgər davam etsə problem, gətirərsiz, isupportun müdürü mənim dostumdur, deyəcəm köməklik edəcək. Mən hardan bilim ki, bunlar artıq dələduzluqda, yola verməkdə peşəkardırlar və əslində, məni də yola verirlər. Götürdüm gəldim telefonu. Bir qədər də işlətdim, yenə eyni problemlər. Bu mənə pis təsir etdi (özümü “loxlanmış” hiss etdim). Yenə müdirlərinə zəng edib telefonu apardım. Verdilər isupporta, üstündən 15 gün filan keçdi, xəbər yox idi. Müdirlərinə(Orxan) zəng edirdim, deyir 1-ci gün xəbər edəcəm, 1-ci gün yığırdım, deyir qoy bir dənə mail yazım onlara xəbər edirəm. Yenə xəbər çıxmadı, səhər zəng etdim, deyir, yarım saata mənə yığ mail yazım görüm nə deyirlər. Açıq-aşkır hörmətsizlik etdi və mən mədəni danışığı kənara atıb bir az sərt danışdım. Səhəri gün özüm isupporta zəng etdim, dedilər telefon bizdə deyil mağazaya vermişik. Orxana zəng edəndə dedi, gedirəm ora görüm nə yerdə qaldı və mən ona dedim ki, onlar deyir sizə vermişik telefonu. Bir az tutuldu, söhbəti dəyişdi. Gedib mağazadan aktı götürdüm, yenə yazıblar ki, problem aşkar olunmadı, format tövsiyyə olunur, format haa... İsupporta getdim və dedim ki, problemə dair screen recordlarım var, ekran əsməsi, menyunun gecikməsi filan. Oğlan dedi, o normaldır zad, format edin gedəcək. Uje hər dəfə Sumqayıtdan Bakıya getməkdən, işdən icazə almaqdan bezdiyim üçün razılaşdım və Orxana zəng etdim, dedi problem deyil 2-3 saata format edəcəyik, gəlib götür. 4 saat şəhərdə boş gözlədim, sonra getdim götürməyə, məlum oldu ki, Orxan özü yoxdur, işçilərdən də heç kimin mövzudan xəbəri yoxdur, format da olunmayıb. Daha bir məsuliyyətsizlik və hörmətsizlik. Yenə 2-3 saat şəhərdə fırlanıb gözlədim ki, format etsinlər. Götürüb gəldim. Problem yenə davam edir və üstəlik, bu dəfə başqa problem çıxıb, qalereyada videoya baxanda və başqa bir app-də ekran donub qalıb və heç bir knopka işləmədi. Bir neçə dəfə bu təkrarlanıb. Başqa telefonla ekranın videosun çəkmişəm, sübutlarım var. Üstəlik, feysbukda yuxarıda messencerin loqosunda ekran sürüşməsi peyda olub. Bunu hal-hazırda record etdim, bura atıram.
Bir az uzun oldu, amma hadisəni tam detallı paylaşmaq istədim. Bu vəziyyətdə nə edə bilərəm? Bəlkə mən bilmirəm və bu şeylər doğurdan normaldır? İstənilən halda sabah yenidən isupporta gedəcəyəm..."

Geri qayıt