Əsas Səhifə > Manşet, Cəmiyyət > ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR...
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR...19-11-2024, 10:15 |
Azərbaycan Dövlət Aqrar Universitetində təhsildən başqa hər şeyin olması ilə bağlı silsilə yazılarımızı xatırlayırsınız. Bu dəfə də sözügedən "ali təhsil ocağı"ndan "DİA-AZ"a müraciət ünvanlanıb. ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR... Müraciətin davamında deyilir: "ADAU-da çoxlu sayda müəllim var ki, işə gəlmir, dövlətdən havayı maaş alır. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov universitetdə adı müəllim kimi getsə də, bu insan universitetin qapısını açmayıb. Bunun timsalında bir neçə şəxslər vardır ki, universitetə gəlmədiyi halda dövlətdən havayı maaş alır. Baytarlıq fakültəsindən Saleh Məmmədov, Asəf Ömərov hər ikisi Bakıda işləyirlər, 2-3 aydan bir universitetə qonaq kimi gəlirlər. Universitetin keçmiş prorektoru İlyas Vəliyevin də adı 0,5 ştatda yazılsa belə işə gəlmir. Əkinçilik kafedrasında 0,5 ştat adı gedən Nizami müəllim də buna ən bariz nümunədir. Yuxarıda qeyd olunan adların heç biri şərti deyil. Zəfər Qurbanov ADAU-ya rektor təyin olunduğu gündən universitetin büdcəsindən 2,5 milyon manat pul mənimsəyib. Nə üçün Maliyyə Nazirliyi və Hesablama Palatası universitetə müfəttiş göndərib, universitetdə tapılmayan bu “qiyabi rektor” barəsində bir tədbir görmür? Əkinlə biçini seçə bilməyən, aqrar sahədən xəbəri olmayan, savadlı dosentləri iclaslarda təhqir edib aşağılayan Zəfər Qurbanovun kadr hazırlığı da bərbad vəziyyətdədir. Beynəlxalq əlaqələr şöbəsinə müdir təyin olunan Mahir Hacıyevin baza təhsili tarix müəllimliyidir və beynəlxalq əlaqələrlə bağlı heç bir təcrübəsi və biliyi yoxdur. Bu azmış kimi magistratura təhsili olmayan, hərbi xidmətdə olmayan və Baytarlıq Təbabəti fakültəsini bu il zülmlə bitirən bir şəxsi, başıboş bir baytarı bu şöbəyə baş mütəxəssis təyin ediblər. Bu şəxsin də beynəlxalq əlaqələrlə bağlı heç bir bilik və təcrübəsi yoxdur; əksinə, universitetdəki fəaliyyəti yalnız təşkilatda işləyərək aşağı-yuxarı vərəq daşımaq olub..." DAVAMI MÜTLƏQ OLACAQ... Geri qayıt |