Əsas Səhifə > Manşet, Cəmiyyət > Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDUBu gün, 12:50 |
İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxsin kimliyi bəlli olub. "DİA-AZ" bildirir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib. C.Həsənli yazır: "Türkiyədə 70 kiloqram qızılla saxlanılan şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur..." "DİA-AZ" qeyd edir ki, tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb. Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub. Həmin şəxsin hazırda Bakıda dindirildiyi də iddia olunur. Və eyni zamanda sirli qızılların qaynağı da məlum deyil, hələlik... Geri qayıt |