Əsas Səhifə > Manşet, Güney Press > Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIRBu gün, 12:44 |
Birqrup Şərur rayon sakini noyabrın 26-da Fuad Nəcəfliyə qarşı etiraz aksiyası planlaşdırıb. Bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat veriblər. Onlar hesab edirlər ki, rayonda baş alıb gedən korrupsiya, rüşvət və məmur özbaşınalıqlarının arxasında məhz Fuad Nəcəfli dayanır. Həmin gün Naçıvan üzrə səlahiyyətli nümayəndənin rayon sakinləri ilə görüşü planlaşdırılıb. Yerli icra hakimiyyətinin binasında baş tutacaq görüşdə əvvəlcədən təyin olunmuş şəxslərin iştirak edəcəyi bildirilib. Onlara isə, həm muxtar respublika, həm də rayon rəhbərliyini tərifləmək tapşırığı verilib. Rayon sakini B. Ağayev deyir ki, şikayətlərini dilə gətirmək üçün onlara da imkan yaradılmalıdır: “Fuad Nəcəfli iki il öncə yeni təyin olunanda gəlib Şərur camaatı ilə görüşdü və söz verdi ki, rayonda bütün problemlər tezliklə həll olunacaq. Əksinə oldu. Son iki ildə yerli icra hakimiyyəti daha da azğınlaşdı. Cammatı soyurlar. İş yerləri camaata pulla satılır. Xəstəxanada 500 manat maaşı olan adi mühafizəçi işinə düzəlmək üçün 7 min rüşvət alırlar. Xəstəxanada rüşvət baş alıb, gedir, təcili yarım işləmir. Kiçik obyekt açmaq istəyənlərə 30-40 min manat tas qoyub başçı. Bu pulları o şəxsən özü alır. Bu pulların bir hissəsi Fuad Nəcəfliyə çatdırılır. Ona görə də o, bu özbaşınalıqlara göz yumur. İndi də gözdən pərdə asmaq üçün görüş təyin edib. Lakin, tapşırıb ki, görüşə şikayəti olanlar buraxılmasın. Bu səbəbdən biz, görüş küçirilən gün icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirəcəyik. Aksiyaya bütün narazı sakinlər gəlib, qatıla bilərlər”. Digər rayon sakini fermer M. Seyidov da yerli idarəçilikdən narazadır: “Kənd təsərrüfatı üçün ayrılan dotasiyalar mənimsənilir. Maldarlığın inkişafı üçün ayrılan pulları ciblərinə qoyurlar. Əkin üçün ayrılan suyun böyük hissəsi məmurların sahəsinə gedir, bizim əkinlər quruyur. Əkin sahələrimizi əlimizdən alıb, özləri istifadə edirlər. Dərdimiz çoxdur, bizi qəbul edib, dinləyən olsa. Bizi isə, dinləyən yoxdur. Bu səbəbdən etiraz aksiyası keçirəcəyik”. Şərur rayon İcra Hakimiyyətindən sakinlərin iddialarına cavab vermək istəmədilər. Geri qayıt |