Əsas Səhifə > Manşet, Güney Press > “Özləri 40 hektar yonca əkirlər, biz yonca, taxıl əkəndə su verilmir”

“Özləri 40 hektar yonca əkirlər, biz yonca, taxıl əkəndə su verilmir”


Dünən, 17:23
“Özləri 40 hektar yonca əkirlər, biz yonca, taxıl əkəndə su verilmir”
Naxçıvan Muxtar Respublikası (MR), Sədərək rayon sakini Mustafayev Afət Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, torpaq sahəsini suvarmaq üçün su verilmir:

“Mən, Mustafayev Afət Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

28 ildir kənd təsərrufatı ilə məşğulam. Sədərək sakinləri kənd təsərrüfatı ilə dolanır. Lakin əkin sahələrinə su vermirlər. Nasosları gec vururlar. Şaxta olanda su dayanır, sahələr susuz qalır.

Dekabr ayı gəlib, arpalar “su içməyib”. Taxıl əkirəm, onunla dolanıram. Taxıl olmasa, nə edəcəyəm?

Qeyd edim ki, Sədərək rayonunda idarəetmə sıfırdır. Özləri 40 hektar yonca əkəndə olur, biz yonca, taxıl əkəndə bizə su verilmir”.

Redaksiyamıza göndərilən video-görüntünü də təqdim edirik.


Geri qayıt