Əsas Səhifə > Siyasət, Manşet > ŞƏMSƏDDİN HACIYEV RÜŞVƏTİN QİYMƏTİNİ QALDIRIB

ŞƏMSƏDDİN HACIYEV RÜŞVƏTİN QİYMƏTİNİ QALDIRIB


1-10-2012, 09:43
ŞƏMSƏDDİN HACIYEV RÜŞVƏTİN QİYMƏTİNİ QALDIRIB
REKTORU “BAHALAŞMA KAMPANİYASINA” HANSI SƏBƏB CƏLB EDİB?

DİA.AZ: - Dövlət İqtisad Universitetinin (DİU) rektoru Şəmsəddin Hacıyevin bu ali təhsil ocağında apardığı "islahatlar" öz nəticəsini verməkdədir.

Redaksiyamıza verilən məlumata görə, Dövlət İqtisad Univeristetində pul qazanmaq ixtisasına yiyələnmək istəyən tələbələrin rüşvət tarifləri qaldırılıb. Bildirilir ki, əvvələr sözü gedən universitetdə imtahanlarda 3 almaq üçün 100, 4-5 almaq üçün 150 manat pul tələb edilirdisə indi hər 3-ə görə 200, 4-5 alamaq üçün 300 manat istənilir. Artıq bu barədə yeni dərs ilinin ilk günlərindən univeristetin müəllimləri tələbələri xəbərdar edib. Hətta müəllimlər tələbələrdən xahiş edib ki, onları Şəmsəddin Hacıyevin yanında pis vəziyyətdə qoymasınlar. Əks təqdirdə müəllimlər planı yerinə yetirə bilməyəcəklər.

DİA.AZ-a daxil olan digər məlumatlarda isə bildirilir ki, sözü gedən univeristetdə magistr təhsili alan tələbələrə süni əngəllər yaradılır. Hətta DİU-də tədris olunan fənlərin sayını, qeyri-ixtisas fənləri hesabına qeyri-qanuni artırmaqla, imtahanların say artımına nail olmaq, bununla da daha çox pul yığımını təşkil etmək layihəsi Şəmsəddin Hacıyev tərəfindən tətbiq edilib. Belə ki, digər universitetlərdə magistr dərəcəsinə yiyələnmək üçün təhsil alan tələbələrə 1-2 fənn tədris olunduğu halda, ADİU-da 7-8 fənn tədris olunur ki, bunun da cəmi 1-i ixtisas fənnidir. Bu universitetdə isə hər fənn üzrə imtahanın dəyəri artıq 200-300 manata qalxıb.

Məlumatlara görə, Dövlət İqtisad Univeristetində adətən müəllimlərin bir çoxu dərsə gəlmirlər və tələbələr boş auditoriyada vaxt keçirirlər. Çünki universitetdə fənlərin sayının çox olmasının, tədris olunub-olunmamasının heç bir əhəmiyyəti yoxdur. Onsuz da bu dərslərin çoxunu tələbələr bakalavr zamanı keçiblər. Semester imtahanları başlayanda isə, Şəmsəddin Hacıyevin xüsusi "sistemi" işə düşür. Sessiya imtahanları üçün toplam məbləğ ödəməyə razı olanlar üçün ümumi hesabdan 200-300 manat endirim edilir.

Məlumatı redaksiyamıza verən tələbələrdən biri son olaraq bildirir ki, Şəmsəddin Hacıyevin vəzifəsi cəmiyyət üçün yeni rüşvətxor və korrupsioner "kadr" yetişdirməkdir. Əgər tələbə ali məktəbi başlayandan qurtarana kimi "hər addımda" rüşvət verirsə, gələcəkdə tələbənin vətəndaşlıq mövqeyi heç də Şəmsəddin Hacıyevin mövqeyindən fərqlənməyəcək.

Mövzuya qayıdacağıq.

Geri qayıt