Əsas Səhifə > Ölkə > SABAH TƏBRİZ KONSULLUĞUMUZA HÜCUM EDİLƏCƏK

SABAH TƏBRİZ KONSULLUĞUMUZA HÜCUM EDİLƏCƏK


3-11-2011, 16:53
SABAH TƏBRİZ KONSULLUĞUMUZA HÜCUM EDİLƏCƏK

“HİZBULLAH”IN HƏDƏSİNƏ REAKSİYA

İranın “Hizbullah Ənsarı” təşkilatı noyabrın 4-də Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirəcəyini bəyan edib. “Hizbullah Ənsarı”nin Təbriz nümayəndəliyinin baş katibi höccətülislam Ruhulla Becani bildirib ki, Azərbaycan Respublikasının anti-islami siyasətinə etiraz olaraq Təbrizdəki baş konsulluğun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar.

Baş konsulluğun təhlükəsizliyinin təmin olunması üçün hansı tədbirlərin görüldüyünü, “Hizbullah Ənsarı” təşkilatı nümayəndəsinin bəyanatı haqda İranın rəsmi qurumlarına məlumat verilib-verilmədiyini öyrənmək üçün “Media forum” saytı noyabrın 3-də Azərbaycanın Təbrizdəki konsulunun müavini Nəriman Orucəliyevə müraciət edib. Amma Nəriman Orucəliyev sualları cavablandırmayıb.

Konsulluqdan yalnız onu deyiblər ki, cümə günü İranda istirahət günü olduğuna görə noyabrın 3-də diplomatik nümayəndəlik işləməyəcək və əməkdaşlar evdə olacaqlar.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “Media forum” saytına bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi məsələsi rəsmi Bakının daimi diqqətindədir: “Eyni zamanda beynəlxalq təcrübəyə əsasən, hər bir ölkə onun ərazisində olan diplomatik nümayəndəliyin təhlükəsizliyinə görə cavabdehlik daşıyır. Diplomatik nümayəndəliklərimiz yerli qanunvericiliyə əsasən fəaliyyət göstərirlər. Həmin ölkələrin istirahət və bayram günlərində diplomatik nümayəndəliklərimiz bağlı olur. Bir çox müsəlman ölkələrində, o cümlədən İranda cümə günü qeyri-iş günüdür”.

“Noyabrın 4-də Azərbaycanın Təbrizdəki baş konsulluğu üçün hansısa təhlükə ola bilərmi” sualına XİN rəsmisi belə cavab verib: “Diplomatik nümayəndəliyin olduğu ölkə təhlükəsizliyə cavabdehdir. Bu məsələ diqqətimizdədir”.


Geri qayıt