Əsas Səhifə > Ölkə > GÜLƏR ƏHMƏDOVADAN ƏLİ ƏHMƏDOVA ŞEİRLİ İSMARIŞ
GÜLƏR ƏHMƏDOVADAN ƏLİ ƏHMƏDOVA ŞEİRLİ İSMARIŞ8-10-2012, 11:20 |
YAP SƏDRİNİN MÜAVİNİNƏ “XORUQ BABA” DEYİLİRMİŞ Sabiq deputat partiya yoldaşına "Xoruz" şeiri ilə yada saldı Son iki həftədə adı rüşvət qalmaqalında hallandırılan, videogörüntüləri yayılan və bu üzdən total şəkildə diqqət mərkəzinə düşən Gülər Əhmədovanın artıq hər sözü, hərəkəti maraq doğurur. Onun özünün və yaxınlarının baş verənlərə, gedən proseslərə reaksiyası izlənilir. Bu üzdən Gülər Əhmədovanın Facebook səhifəsinin izləyiciləri də artıb. Onlar bu gün sabiq deputatın səhifəsində belə bir qeyd görüblər: "Ay pipiyi qan. Xoruz Gozleri mercan xoruz Sen ne tezden durursan Cir sesle banlayirsan Girmeyirsen hinine Ay uzu mestan xoruz)))" (orfoqrafiya saxlanılıb). Məsələnin ən maraqlı tərəfi bu məşhur uşaq şeiri ilə Gülər xanımın nə demək istədiyidir. Əksər insanlara qəribə gələ bilərdi ki, mandatı əlindən alındığı, həbsi gözlənildiyi bir vaxtda onun uşaq şeiri palyaşması necə də yersizdir. Ancaq elə deyil. Muavat.com əməkdaşının araşdırmalarına görə, G.Əkmədova məşhur şeirin misraları ilə YAP-ən icraçı katibi Əli Əhmədova sataşıb. Belə ki, saray daxilində, hakimiyyət və YAP kuluarlarında Əli Əhmədovun ləqəbi "Xoruz baba"dır (uzun illər öncə bu sözü kimsə deyib və o vaxtdan dildə-ağızda dolaşır). Bu isə Ə.Əhmədovun vaxtilə dövlət televiziyasında nağıl verilişləri aparan unudulmaz aktyorumuz Hüseynağa Sadıqovla həm səs tembrinə görə, həm də xarici görünüşcə bənzərliyidir. G.Əhmədovanın Ə.Əhmədovla apardığı intriqaya gəlincə, bunun səbəbi rüşvət qalmaqalından sonra YAP-ın icraçı katibinin deputat həmkarı və partiya yoldaşı barədə sərt ifadələr işlətmsidir. G.Əhmədova hesab edir ki, Ə.Əhmədov qorxudulduğu üçün ona qarşı ittihamlar səsləndirib. Geri qayıt |