Əsas Səhifə > Partiya > AYAZ MÜTƏLLİBOV QOCALIB?

AYAZ MÜTƏLLİBOV QOCALIB?


10-10-2012, 12:27
AYAZ MÜTƏLLİBOV QOCALIB?
ADAMI DEYİR Kİ, O, İŞLƏMƏK İSTƏMİR

“Ayaz Mütəllibov şəhərə köçməyib, bağ evindədir”. Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə keçmiş silahdaşı, sabiq prezident Ayaz Mütəllibovun yeni vəzifə gözləməsi haqda yayılan xəbərləri Modern.az-a şərh edərkən bildirib. Onun sözlərinə görə, Ayaz Mütəllibovun bu yaşdan sonra hansısa vəzifədə işləmək niyyəti yoxdur.

“Ayaz bəylə indiyədək söbhət zamanı bu barədə heç vaxt danışmamışıq. Həmin müsahibədə Ayaz Mütəllibov ona ünvanlanan suala cavab verib ki, mənə iş təklif etsələr təcrübə və biliyimdən istifadə etməyə hazıram. Mən düşünmürəm ki, bu vaxtdan sonra o, işləsin”, - deyə A.Əlizadə bildirib.

ASDP sədri Ayaz Mütəllibovun şəhərə köçməsi haqda yayılan xəbərlərin doğru olmadığını deyərək eks-prezidentin hazırda baş evində olduğunu vurğulayıb.

“Ayaz Mütəllibov telefon nömrəsini dəyişib. Bir neçə gündür danışmırıq. Sonuncu dəfə üç gün bundan qabaq danışmışıq. Lakin onu deyə bilərəm ki, hələ evinin təmiri başa çatmadığından Ayaz Mütəllibov şəhərdəki evinə köçməyib. Məndə olan məlumata görə, o, hazırda bağ evindədir”.

Geri qayıt