Əsas Səhifə > Ölkə > “XURAL” ƏMƏKDAŞININ İSTİNTAQI BAŞA ÇATIB
“XURAL” ƏMƏKDAŞININ İSTİNTAQI BAŞA ÇATIB4-11-2011, 16:52 |
AYDIN CANIYEV MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR “Xural” qəzetinin cənub bölgəsində müxbiri Aydın Canıyevin istintaqı başa çatıb. İş artıq Lənkəran Rayon Məhkəməsinə təqdim olunub. Aydın Canıyevin qardaşı Şahəddin Canıyev noyabrın 4-də “Media forum” saytına açıqlamasında deyib ki, proses Qurban bayramından sonra başlayacaq. Aydın Canıyev Bakı İstintaq Təcridxanasından Lənkərana aparılıb və rayon polis şöbəsinin təcridxanasında saxlanır. Aydın Canıyev sentyabr ayında vətəndaş Zemfira Xəlilovanı təhqir etmək və Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunub və inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsini Lənkəran Dövlət Universitetinin pedaqoji heyəti də qaldırıb. Onların şikayətinə jurnalistin “Xural” qəzetində getmiş məqaləsindəki bəzi ifadələr səbəb olub. Geri qayıt |