Əsas Səhifə > Ölkə, Manşet > MİQRANTLAR ÜÇÜN ÖZƏL XİDMƏTDƏ ŞÜBHƏLİ MƏQAM
MİQRANTLAR ÜÇÜN ÖZƏL XİDMƏTDƏ ŞÜBHƏLİ MƏQAM12-10-2012, 14:33 |
RAMİZ MEHDİYEVİN OĞLUNUN ADI HALLANDIRILIR DİA.AZ: - Bir müddət əvvəl Respublika Turizm və Ekskursiyalar Şurasının (RTEŞ) sədri Fikrət Nuriyev Həmkarlar İttifaqının sağlamlıq ocaqlarında və turist bazalarında “kazino” açıdığı barədə məlumat vermişdik.Məlumatlarda həmçinin bildirilirdi ki, “Xəzər” və “Dostluq” turist bazalarını Fikrət Nuriyev altını üstünə çevirərək, həmin obyektləri şəxsi mülkü kimi idarə edir. Bu gün isə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Fikrət Nuriyevin "gərgin əməyi" nəticəsində "kazino" ocaqları artıq profilini dəyişib. Bildirilir ki, Fikrət Nuriyev qış mövsümü yaxınlaşdıqca turist bazalarını "restoranlar şəbəkəsi"nə çevrməklə yanaşı otel kimi də istifadə edir. Maraqlıdır ki, Həmkarlar İttifaqlarına hər ay pul ödəyən işçilərin sağlamlıq və istirahət ocaqları kimi fəaliyyət göstərməli olan bu sahələr indi əcnəbi miqrantların daimi məskəninə çevrilib. Miqrantların əksəriyyəti isə Çin və Pakistandan gələnlərin olduğu bildirilir. DİA.AZ-a mənbənin bildirdiyinə görə, Fikrət Nuriyev turist bazalarında restoran, çayxana, kafe və əcnəbi miqrantlardan əldə etdiyi gəlirləri Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevlə bölüşür. Bunun müqabilində isə Səttar Mehbalıyev Fikrət Niriyevə bu biznesin daha da "çiçəklənməsinə" şərait yaradır. Əldə etdiyimiz digər məlumatlara görə, F.Nuriyev Dövlət Miqrasiya Xidmətinin bazarına da əl qoyur. Turist bazalarında məskunlaşan miqrantlara RTEŞ şefi "görüm-baxım" müqabilində Azərbaycan vətəndaşlığı da vəd verir. Bundan əlavə F.Nuriyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin adından geninə-boluna istifadə edir. Güya Teymur Mehdiyev bir vaxtlar mədəniyyət və turizm nazirinin müavini işləyərkən Fikrət Nuriyevlə münasibət qurub və ondan turizm sahəsi üzrə məsləhətlər alıb. Elə bu baxımdan Fikrət Nuriyev hər yerdə Teymur Mehdiyevlə dostluq münasibətindən danışaraq onun adından istifadə edib bəzi işlər aşırır. Maraqlıdır, Fikrət Nuriyev daha sonra kimlərin adından istifadə edir? Lakin müvafiq qurumların bu baş verənlərə laqeyd yanaşması başadüşülən deyil. Görünür, turist bazalarından gələn pullar öz işini görür. Fikrət Nuriyev isə öz kefindədir. Məsələ ilə bağlı Həmkarlar İttifaqının Respublika Turizm və Ekskursiyalar Şurası ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Bunlara baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin... Geri qayıt |