Əsas Səhifə > Ölkə > ƏVƏZ ZEYNALLIYA QARŞI ƏLAVƏ İDDİALAR
ƏVƏZ ZEYNALLIYA QARŞI ƏLAVƏ İDDİALAR4-11-2011, 18:26 |
BAŞ REDAKTORA QARŞI DAHA 3 NƏFƏR İDDİA QALDIRIB "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallıya qarşı əlavə ittiham irəli sürülüb. Bu barədə APA-ya jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil qeyd edib ki, daha üç nəfər Ə. Zeynallıya rüşvət verməsi ilə bağlı istintaq orqanı olan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Həmin şikayətlər əsasında Ə. Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb. Qeyd edək ki, "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Aparılan istintaqla müəyyən edilib ki, Əvəz Zeynallı Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manatı rüşvət kimi istəyib. Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Geri qayıt |