Əsas Səhifə > Ölkə, Manşet > ABU REKTORUNUN QALMAQALI HƏBSLƏRƏ APARIR

ABU REKTORUNUN QALMAQALI HƏBSLƏRƏ APARIR


22-10-2012, 11:47
ABU REKTORUNUN QALMAQALI HƏBSLƏRƏ APARIR
TƏRƏFLƏRİN QARŞILIQLI GÜZƏŞTİ İMKANSIZDIR

DİA.AZ: - İndidən söyləmək olar ki, qarşıdan gələn prezident seçkiləri olduqca gərgin atmosferdə cərəyan edəcək. Artıq iqtidariçi qruplaşmalar bir-birilərinə kəşfiyyat xarakterli həmlələrini ediblər və indi həlledici döyüş üçün son hazırlıqlarını görməkdədirlər.

DİA.AZ bildirir ki, qaynarlığı ilə diqqət cəlb edən son günlərin yaratdığı atmosferdən doğan təəssüratlar 2013-cü ili kimin kürsüdə, kimin zindanda yola verəcəyi haqda qəti fikirlərin söylənməsinin qeyri-mümkünlüyü barədə əsas yaradır. Lakin ortada aydın olan mənzərə də var: DÖYÜŞ GEDİR və tərəflər yekun qələbəyə qədər döyüşməkdə israrlıdırlar.

Bununla bağlı redaksiyamızı bilgiləndirən hökumət içindəki mənbənin sözlərin görə, artıq xeyli mərhələ keçildiyindən tərəflərin biri-birələrini yola verirmiş kimi davranmaları, münasibətlərdəki gərginliyi hansısa formada ertələməi, dondurmaları imkansız hala gəlib: «Yəni aradakı körpülər demək olar ki, yanıb. Bu gün yeganə ortaq təmas yalnız hakimiyyətin üst düzəyindən keçdiyindən münasibətlərin bu şəkildə davamlı olacağı gözlənilmir. Odur ki, bu savaş bitməlidir».

Mənbəmizin sözlərinə görə, günü-gündən gərilən emosiyalar fonunda kimin qalib gələcəyini təxmin etmək çətin deyil: «Əks cinahın böyük itkiyə uğrayacağı heç şübhəsizdir. Hətta total həbslər də ola bilər. Hələlik edilən həmlələrin fonunda bir-birinin ardından qurbanlar verilir. Diqqət yetirin, ABU-nun keçmiş rektoru Elşad Abdullayev kənarda oturub və əks cinahı cızılan müstəvidə döyüşməyə vadar edir. Təbii ki, bu, Abdullayevin fəaliyyətinin sonucu deyil və prosesləri körükləyən əsas qüvvələr daha da ciddi nəticələrə qədər irəliləmək fikrindən daşınmayıblar».

Geri qayıt